Əsas Səhifə > Maraq > Azərbaycan İdman Akademiyasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan İdman Akademiyasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib


Dünən, 17:52


Azərbaycan İdman Akademiyasında (ASA) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya: 30 il sonra. Yeni mərhələdə gənclərin iştirakı” mövzusuna həsr olunmuş tədbir keçirilib.

BrendSport.az
xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ASA-nın rektoru Fuad Hacıyev bildirib ki, müstəqil Azərbaycanın 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ilk Konstitusiyası dövlətçilik tariximizdə mühüm yer tutur. Rektor Konstitusiyanın ölkədə hüquqi dövlət quruculuğunun əsasını təşkil etdiyini və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət etdiyini vurğulayıb.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev isə qeyd edib ki, Konstitusiyanın əsas götürülməsi Azərbaycanın dünya birliyində etibarlı tərəfdaş kimi tanınmasına şərait yaradıb. Onun sözlərinə görə, bu sənəd ölkənin davamlı inkişafında vacib rol oynayır.

Tədbirdə Milli Məclisin deputatları Hikmət Babaoğlu və Samir Vəliyev, həmçinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov da məruzələrlə çıxış ediblər.

Çıxışlarda Konstitusiyanın əhəmiyyəti, suverenliyin qorunması və gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı mövzularına toxunulub. Qeyd edilib ki, gənclər Konstitusiyanın tələblərinə hörmətlə yanaşmalı, ölkənin gələcək inkişafında fəal mövqe tutmalıdırlar.
Geri qayıt