Əsas Səhifə > Maraq > Azərbaycanda FIFA referilərinin sayı artıb

Azərbaycanda FIFA referilərinin sayı artıb


Bu gün, 16:50


Azərbaycanı 2026-cı ildə beynəlxalq oyunlarda təmsil edəcək referilərin siyahısı FIFA tərəfindən təsdiqlənib.

BrendSport.az
xəbər verir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq FIFA referilərinin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub.

FIFA referiləri

Kişilər

Əliyar Ağayev

Elçin Məsiyev

Kamal Umudlu

Tural Qurbanov (yeni)

Qadınlar

Fəridə Lütfəliyeva

Referi köməkçiləri

Zeynal Zeynalov

Akif Əmirəli

Elşad Abdullayev

Pərvin Talıbov

Namiq Hüseynov

Vüsal Məmmədov

Cəmil Quliyev (yeni)

Asiman Əzizli (yeni)

Qadınlar

Gülnurə Əkbərzadə

Sevda Nuriyeva

VAR hakimləri

Nicat İsmayıllı (yeni)

İnqilab Məmmədov (yeni)

Fərid Hacıyev (yeni)

Futzal üzrə referilər

Hikmət Qafarlı

Knyaz Əmiraslanov

Əli Cəbrayılov

Çimərlik futbolu üzrə referi

Nail Nağıyev

Yeni FIFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev ədalət təmsilçiləri ilə görüşərək onları təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Görüşdə, həmçinin AFFA baş katibinin müşaviri Frank de Blekere, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər. Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Geri qayıt