Əsas Səhifə > Maraq > Serbiyalı basketbolçu NBA-da tarixi göstəriciyə imza atıb
Serbiyalı basketbolçu NBA-da tarixi göstəriciyə imza atıbBu gün, 12:00 |
![]() “Denver Naqqets” komandasının basketbolçusu Nikola Yokiç Milli Basketbol Assosiasiyasında (NBA) tarixi göstəriciyə imza atıb. BrendSport.az xəbər verir ki, 30 yaşlı serbiyalı NBA tarixində mərkəz oyunçuları arasında ən çox məhsuldar ötürmə (5661) edən basketbolçu olub. O, bu uğura “Orlando Mecik”lə keçirilən qarşılaşmada imza atıb. Bununla da N.Yokiç əfsanəvi Kərim Əbdül-Cabbarı (5660) geridə qoyub. “Denver Naqqets”in heyətində 2023-cü ildə NBA çempionluğunu qazanan təcrübəli basketbolçu 3 dəfə turnirin ən dəyərli oyunçusu (MVP) seçilib. Geri qayıt |