Əsas Səhifə > Maraq > İngiltərəli futbolçu faciəvi şəkildə dünyasını dəyişib

İngiltərəli futbolçu faciəvi şəkildə dünyasını dəyişib


Bu gün, 19:07


İngiltərənin "Makklsfild" komandasının futbolçusu Etan Mak-Leod faciəvi şəkildə vəfat edib.

BrendSport.az
xəbər verir ki, 21 yaşlı hücumçu avtomobil qəzasında dünyasını dəyişib.

Hadisə ötən gün baş verib. İngiltərəli forvardın idarə etdiyi maşın yol kənarındakı maneəyə çırpılıb.

Qeyd edək ki, Etan Mak-Leod İngiltərədə istedadlı futbolçulardan hesab olunurdu.
Geri qayıt