Əsas Səhifə > Maraq > Səudiyyə Ərəbistanı klubu Məhəmməd Salaha illik 120 milyon funt sterlinq məvacib təklif edib
Səudiyyə Ərəbistanı klubu Məhəmməd Salaha illik 120 milyon funt sterlinq məvacib təklif edibBu gün, 12:30 |
![]() Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu Misir millisi və “Liverpul”un futbolçusu Məhəmməd Salahı transfer etmək istəyir. BrendSport.az xəbər verir ki, 33 yaşlı hücumçuya həftəlik 2,5 milyon, illik isə 120 milyon funt sterlinq məvacib təklif edilib. Təcrübəli forvard “Liverpul” rəhbərliyi və baş məşqçi Arne Slotla fikir ayrılığına görə əsas komandadan kənarlaşdırılıb. Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. O, Mersisayd klubunun heyətində İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, ölkə kubokunun, klublararası dünya çempionatının qalibi olub. Cari mövsümdə misirli hücumçu klub səviyyəsində 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Geri qayıt |