Əsas Səhifə > Maraq > İngiltərəli futbolçu “Arsenal”ın tarixinə düşüb
İngiltərəli futbolçu “Arsenal”ın tarixinə düşübBu gün, 11:30 |
![]() İngiltərə millisinin və “Arsenal”ın futbolçusu Noni Madueke London klubunun tarixinə düşüb. BrendSport.az xəbər verir ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi “topçular”ın heyətində ilk 3 qolunu avrokuboklarda (Çempionlar Liqası və Avropa Liqası) vuran yeganə oyunçu olub. Vinger Çempionlar Liqasının V turunda "Bavariya" ilə görüşdə (3:1) bir, VI turun "Brügge" ilə matçında (3:0) isə iki dəfə fərqlənib. Qeyd edək ki, Noni Madueke bu mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və 3 qol vurub. Geri qayıt |