Əsas Səhifə > Maraq > Azərbaycan komandası Aktauda diasporlar arasında minifutbol turnirinin qalibi olub

Azərbaycan komandası Aktauda diasporlar arasında minifutbol turnirinin qalibi olub


Bu gün, 19:33


Aktau şəhərində Qazaxıstan Xalq Assambleyasının Manqistau vilayəti üzrə nümayəndəliyi tərəfindən “Qələbə birlikdədir” minifutbol turniri təşkil olunub.

BrendSport.az
xəbər verir ki, etnomədəni birliklər arasında keçirilmiş turnirdə burada yaşayan azərbaycanlıların “Dostluq” Etnomədəni Birliyinin komandası da iştirak edib. Həmvətənlilərimizin komandası finalda “Rus icması” komandasını məğlub edərək turnirin qalibi olub.

Bu münasibətlə konsul Ayxan Süleymanlı “Dostluq” Etnomədəni Birliyinin sədri, komandanın oyunçuları, məşqçisi və diasporumuzun fəalları ilə görüşüb.

Görüşdə baş konsul komandanı turnirin qalibi olması münasibətilə təbrik edib, gələcək yarışlarda uğurlar və yeni-yeni zəfərlər arzulayıb.

Komandanın yaradılması, üzləşdikləri problemlərdən, ehtiyac olan təminatlardan söz açılıb və gələcək hədəflər barədə fikir mübadiləsi aparılıb.

Sonda A.Süleymanlı turnirdə fərdi nominasiyalar üzrə “Ən yaxşı hücumçu”, “Ən yaxşı oyunçu” adını alanlara, eləcə də komandanın bütün üzvlərinə baş konsulluğun adından təşəkkürnamələr və hədiyyələr təqdim edib.
Geri qayıt