Əsas Səhifə > Maraq > Lionel Messi MLS çempionu oldu
Lionel Messi MLS çempionu olduDünən, 12:48 |
![]() “İnter Mayami” (ABŞ) komandası MLS-in qalibi olub. BrendSport.az xəbər verir ki, Mayami təmsilçisi pley-offun final görüşündə “Vankuver”lə qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib. Lionel Messi iki məhsuldar ötürmə ilə yadda qalıb. Argentinalı hücumçu “İnter Mayami”nin heyətində daha əvvəl Şimali Amerika Liqasının Kubokunu (2023), MLS-in müntəzəm çempionatını (2024) və pley-offun Şərq Konfransını qazanıb. “İnter Mayami”nin futbolçuları Jordi Alba ilə Serxio Buskets bu görüşdən sonra peşəkar karyeralarını başa vurublar. Geri qayıt |