Əsas Səhifə > Maraq > Milli Paralimpiya Komitəsi və Kamandan Oxatma Federasiyası əməkdaşlığı genişləndirir

Milli Paralimpiya Komitəsi və Kamandan Oxatma Federasiyası əməkdaşlığı genişləndirir


Bu gün, 13:07


Milli Paralimpiya Komitəsi və Kamandan Oxatma Federasiyası parakamandan oxatmanın inkişafı üçün əməkdaşlığı genişləndirir.

BrendSport.az
xəbər verir ki, komitə ilə federasiya arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Hər iki qurum rəsmiləri arasında memorandumla bağlı geniş tərkibdə görüş keçirilib.

Tərəflər parakamandan oxatma idman növünün inkişafı və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Memoranduma əsasən, hər iki qurum ölkədə parakamandan oxatmanın inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcək.

Qeyd edək ki, memorandumu komitənin baş katibi Toğrul Rəhimov və federasiyanın baş katibi Fərid Xəlilov imzalayıblar.




Geri qayıt