Əsas Səhifə > Maraq > İstanbul derbisi: “Fənərbağça” - “Qalatasaray” oyununda qalib müəyyənləşməyib
İstanbul derbisi: “Fənərbağça” - “Qalatasaray” oyununda qalib müəyyənləşməyibDünən, 23:35 |
![]() Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi keçirilib. BrendSport.az xəbər verir ki, XIV tura təsadüf edən matçda “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Şükrü Saracoğlu” stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 27-ci dəqiqədə qonaqların heyətində Leroy Sane açıb. 90+5-ci dəqiqədə isə Con Duran bərabərlik qoluna imza atıb. Qeyd edək ki, xallarını 33-ə yüksəldən “Qalatasaray” turnir cədvəlinə başçılıq edir “Fənərbağça” isə 32 xalla ikinci pillədə qərarlaşıb. Geri qayıt |