Əsas Səhifə > Maraq > Kriştianu Ronaldu 12-ci cəhdində süni intellektlə idarə olunan qapıçıya qol vurub
Kriştianu Ronaldu 12-ci cəhdində süni intellektlə idarə olunan qapıçıya qol vurubBu gün, 15:55 |
![]() Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu maraqlı eksperimentdə iştirak edib. BrendSport.az xəbər verir ki, 40 yaşlı hücumçu tanınmış “yutuber” Mark Rober tərəfindən yaradılan süni intellektli qapıçının qoruduğu qapıya zərbə endirib. K. Ronalduya qol vurmaq üçün 12 zərbə lazım olub. Süni intellektdən üstün olmaq üçün müxtəlif üsullardan, o cümlədən "Panenka" zərbəsindən istifadə edən ulduz futbolçu 12-ci cəhdində istəyinə çatıb. Qeyd edək ki, Portuqaliya millisinin heyətində 226 matçda 143 qol vuran Kriştianu Ronaldu yığmanın ən yaxşı bombardiridir. Geri qayıt |