Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Qarabağ” bu gün İtaliyada “Napoli”nin qonağı olacaq
Çempionlar Liqası: “Qarabağ” bu gün İtaliyada “Napoli”nin qonağı olacaqBu gün, 09:00 |
![]() Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün liqa mərhələsində növbəti oyununu keçirəcək. BrendSport.az xəbər verir ki, son ölkə çempionu V turda İtaliyada “Napoli”nin qonağı olacaq. “Dieqo Armando Maradona” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Hər iki komanda görüşə ciddi itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Andre-Zambo Anqissa, Kevin De Bruyne, Romelu Lukaku, Billi Gilmor və Leonardo Spinazzola zədəli olduqları üçün oynamayacaqlar. Ağdam klubunda isə Kadi Borges və Şahruddin Məhəmmədəliyev eyni səbəbdən oyunu buraxacaqlar. Qeyd edək ki, ilk 4 turdan sonra 7 xalı olan “Qarabağ” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Napoli” isə 4 xalla 24-cü sırada yer alıb. Geri qayıt |