Əsas Səhifə > Maraq > AFFA-nın futzal üzrə baş inzibatçısı UEFA-dan təyinat alıb
AFFA-nın futzal üzrə baş inzibatçısı UEFA-dan təyinat alıbBu gün, 11:02 |
![]() AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə UEFA-dan təyinat alıb. BrendSport.az xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün Afinada AEK (Yunanıstan) və “Sportinq” (Portuqaliya) komandaları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu, F. Hüseynzadənin ilk təyinatıdır. Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda “Araz-Naxçıvan” – “Benfika” görüşünün güclüsü ilə üz-üzə gələcək. Geri qayıt |