Əsas Səhifə > Maraq > Dünya çempionu olmuş boksçunun qanında kokain izləri aşkarlanıb

Dünya çempionu olmuş boksçunun qanında kokain izləri aşkarlanıb


Bu gün, 18:00


Boks üzrə dünya çempionu Cozef Parker dopinq testindən keçə bilməyib.

BrendSport.az
xəbər verir ki, idmançının qanından kokain izləri aşkarlanıb.

Parker oktyabrın 25-də Fabio Uordliyə nokautla uduzduğu döyüşdən sonra yoxlanılıb. 33 yaşlı yeni zelandiyalı döyüşçü həmin qarşılaşmada 11-ci raundda texniki nokautla məğlub olub.

Bu səbəbdən idmançıya uzunmüddətli cəza veriləcəyi gözlənilir. Mütəxəssislər boksçunun iki il müddətinə diskvalifikasiya oluna biləcəyini ehtimal edirlər.
Geri qayıt