Əsas Səhifə > Maraq > Zaqreb Qran-Prisində Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
Zaqreb Qran-Prisində Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olubDünən, 19:00 |
![]() Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə, cüdoçularımızın ilk rəqibləri bəlli olub. Kişilər -60 kq, 1/16 final Murad Muradlı – Qal Blaziç (Sloveniya) -60 kq, 1/8 final Hüseyn Allahyarov – Marton Andrasi (Macarıstan) -66 kq, 1/16 final İslam Rəhimov – Xoakin Tovalyari (Argentina) Nazir Talıbov – Alexandro Moral Navarro (İspaniya) -73 kq, 1/32 final İbrahim Əliyev – İtan Nern (Böyük Britaniya) Rüfət Şövlətov – Aron Sabo (Macarıstan) -81 kq, 1/16 final Vüsal Qələndərzadə – Dominik Rodriqez (ABŞ) -90 kq, 1/16 final Aslan Kotsoyev – Aleks Kret (Rumıniya) Vüqar Talıbov – Yosip Buliç (Xorvatiya) -100 kq, 1/16 final Əjdər Bağırov – Nikola Pavlovski (Şimali Makedoniya) +100 kq, 1/8 final Camal Qamzatxanov – Con Messe A Bessonq (Kanada) / Mustafa Fofana (Qvineya) cütünün qalibi ilə Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) Qadınlar -48 kq, 1/8 final Könül Əliyeva – Nevena Miliç (Serbiya) -52 kq, 1/16 final Gültac Məmmədəliyeva – Qabriela Dimitrova (Bolqarıstan) -52 kq, 1/8 final Aydan Vəliyeva – Maşa Slavineç (Sloveniya) Dünya Cüdo Turu seriyasına daxil olan yarışda Azərbaycan ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 48 ölkədən 370 cüdoçu iştirak edəcək. Geri qayıt |