Əsas Səhifə > Maraq > CEV Kuboku: “Azərreyl” bu gün Niderland klubu ilə qarşılaşacaq
CEV Kuboku: “Azərreyl” bu gün Niderland klubu ilə qarşılaşacaqBu gün, 10:38 |
![]() Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası CEV Kubokunda ilk oyununa çıxacaq. BrendSport.az xəbər verir ki, “dəmiryolçular” 1/32 finalda Niderlandın "Orion Stars" komandasını qəbul edəcək. Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq görüş saat 17:00-da başlayacaq. Qeyd edək ki, cavab matçı noyabrın 19-da Niderlandda baş tutacaq. Qalib komanda 1/16 finalda İsveçrənin "Amrisvil" kollektivinə rəqib olacaq. Geri qayıt |