Əsas Səhifə > Maraq > UEFA Gənclər Liqası: “Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşib

UEFA Gənclər Liqası: “Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşib


Dünən, 14:55


UEFA Gənclər Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"la İngiltərənin "Çelsi" komandası arasında keçiriləcək IV tur oyununun hakimləri açıqlanıb.

BrendSport.az
xəbər verir ki, görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dmitri Kubryak olacaq. Ona yan xətt hakimləri Vitali Skoblya və Aleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını azərbaycanlı ədalət təmsilçisi Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 15:00-da başlayacaq.
Geri qayıt