Əsas Səhifə > Maraq > DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə millisindən darmadağın, İngiltərə yığması final mərhələsinə vəsiqə qazanıb
DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə millisindən darmadağın, İngiltərə yığması final mərhələsinə vəsiqə qazanıbBu gün, 08:03 |
![]() DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib. BrendSport.az xəbər verir ki, Türkiyə millisi E qrupundakı dördüncü matçında Gürcüstan yığmasını qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:1. Bu qrupun digər görüşündə isə İspaniya seçməsi doğma meydanda Bolqarıstanı 4 cavabsız qolla üstələyib. F qrupunda Portuqaliya millisi evdə Macarıstanla bacarmayıb - 2:2. I qrupunda Estoniya Moldova ilə heç-heçə edib, İtaliya İsrailə qalib gəlib. K qrupunda isə İngiltərə millisi Latviyanın qapısından 5 cavabsız top keçirib, Serbiya kollektivi səfərdə Andorranı məğlub edib. Bu nəticələrdən sonra xallarını 18-ə çatdıran İngiltərə millisi Avropa qitəsindən mundialın final mərhələsinə vəsiqə qazanan ilk komanda olub. DÇ-2026 Seçmə mərhələ 14 oktyabr E qrupu 22:45. İspaniya - Bolqarıstan - 4:0 22:45. Türkiyə - Gürcüstan - 4:1 Xal durumu: İspaniya - 12, Türkiyə - 9, Gürcüstan - 3, Bolqarıstan - 0. F qrupu 22:45. Portuqaliya - Macarıstan - 2:2 22:45. İrlandiya - Ermənistan - 1:0 Xal durumu: Portuqaliya - 10, Macarıstan - 5, İrlandiya - 4, Ermənistan - 3. I qrupu 20:00. Estoniya - Moldova - 1:1 22:45. İtaliya - İsrail - 3:0 Xal durumu: Norveç - 18, İtaliya - 15, İsrail - 9, Estoniya - 4, Moldova - 4. K qrupu 22:45. Latviya - İngiltərə - 0:5 22:45. Andorra - Serbiya - 1:3 Xal durumu: İngiltərə - 18, Albaniya - 11, Serbiya - 10, Latviya - 5, Andorra - 1. Geri qayıt |