Əsas Səhifə > Maraq > AFFA cəzalarını açıqladı
AFFA cəzalarını açıqladı16-05-2018, 14:11 |
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının XXVII turunda baş verənlər müzakirə olunub. “Neftçi” ilə matçın 43-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılan “Səbail”in baş məşqçisi Samir Əliyevin cəzası ağır olub. O, 5 oyunluq kənarlaşdırılıb və klubunu 4000 manat ziyana salıb. “Zirə” – “Kəpəz” oyununda qırmızı vərəqə alanların cəzaları fərqli olub. Görüşün 9-cu dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan “Zirə”nin legioneri Milan Duriç 4 oyunluq cəzaya layiq görülüb. Onun komandası 3200 manat cərimə olunub. Matçın 80-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Kəpəz”in futbolçusu Kamran Abdullazadə yalnız 1 oyunluq cəza alıb. Gəncə klubu 200 manat ödəməlidi. Geri qayıt |