Əsas Səhifə > Maraq > “Qarabağ” Çempionlar Liqasında ikinci qələbəsini qazanıb

“Qarabağ” Çempionlar Liqasında ikinci qələbəsini qazanıb


1-10-2025, 23:00


UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyunu başa çatıb.

BrendSport.az
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar.

Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edib.

Hazırda aktivində 6 xal olan Azərbaycan çempionu dördüncü pillədə qərarlaşıb.

Komanda I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2.

Qurban Qurbanovun kollektivi növbəti görüşünü oktyabrın 22-də İspaniyada "Atletik"ə (Bilbao) qarşı keçirəcək.
Geri qayıt