Əsas Səhifə > Maraq > Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb30-09-2025, 11:31 |
![]() FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. BrendSport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq. Referiyə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək. Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək. Geri qayıt |