Əsas Səhifə > Maraq > "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır


Bu gün, 09:00


Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start veriləcək.

BrendSport.az
xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" da əsas mərhələdə mübarizəyə başlayacaq.

Son ölkə çempionu ilk sınağına Portuqaliyada çıxacaq. İkinci dəfə turnirin həlledici mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisi Lissabonda "Benfika"nın qonağı olacaq. "Da Luş" stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində İngiltərənin “Çelsi”, “Liverpul”, Almaniyanın “Ayntraxt”, Niderlandın “Ayaks”, İtaliyanın “Napoli”, İspaniyanın “Atletik” və Danimarkanın “Kopenhagen” komandaları ilə də qarşılaşacaq.
Geri qayıt