Əsas Səhifə > Maraq > Emin Mahmudov 21 illik tarixi rekordu yeniləyib
Emin Mahmudov 21 illik tarixi rekordu yeniləyibDünən, 21:30 |
![]() Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyunda qol vuraraq, tarixi rekorda imza atıb. BrendSport.az xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub. O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib. “Qarabağ”ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib. Qurbanov sonuncu qolunu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) vurmuşdu. Emin Mahmudov isə 2016-cı ildən çıxış etdiyi millinin 56-cı matçında 15-ci qola sevinib. Geri qayıt |