Əsas Səhifə > Maraq > Çempionlar Liqası: "Qarabağ" Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib
Çempionlar Liqası: "Qarabağ" Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib3-09-2025, 14:54 |
![]() “Qarabağ” klubu Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. BrendSport.az xəbər verir ki, siyahıda 24 oyunçunun adı yer alıb. Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Mateus Koxalski və Fabian Buntiç. Müdafiəçilər: Mateus Silva, Bədavi Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Dani Bolt, Kevin Medina, Sami Mmaee, Bəhlul Mustafazadə. Yarımmüdafiəçilər: Toral Bayramov, Kadi Borges, Pedro Bikalio, Marko Yankoviç, Kris Kuaku, Leandro Andrade, Abdullah Zubir, Aleksey Kaşuk və Hikmət Cəbrayılzadə. Hücumçular: Kamilo Duran, Emmanuel Addai, Musa Qurbanlı və Nəriman Axundzadə. Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində 8 oyuna çıxacaq. Matçların 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam təmsilçisi əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada "Benfika"ya qarşı görüşlə start verəcək. İlk ev qarşılaşması isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı olacaq. Geri qayıt |