Əsas Səhifə > Maraq > “McLaren” 2013-cü ildən bəri ilk dəfə baş sponsor əldə edəcək
“McLaren” 2013-cü ildən bəri ilk dəfə baş sponsor əldə edəcək29-08-2025, 09:00 |
![]() Gələn mövsümdən “McLaren” komandasının baş sponsoru olacaq. Bu, tanınmış maliyyə korporasiyası olan “Mastercard”dır. BrendSport.az xəbər verir ki, “McLaren” və “Mastercard” ötən ildən əməkdaşlıq edirlər. 2026-cı ildə maliyyə şirkəti komandanın baş sponsoru statusunu alacaq. Komandanın rəsmi adı “McLaren Mastercard Formula 1 Team” olacaq. Məlumata görə, “Mastercard” hər il “McLaren”in büdcəsinə 100 milyon dollar yatıracaq. Bu, “Formula-1”də ən böyük sponsorluq müqavilələrindən biridir və “McLaren” üçün tarixdəki ən böyük sponsor razılaşmasıdır. Qeyd edək ki, McLaren-in sonuncu baş sponsoru 2013-cü ildə “Vodafone” telekommunikasiya şirkəti olub. Geri qayıt |