Əsas Səhifə > Maraq > Çempionlar Liqası: Bu gün Liqa mərhələsinin son 4 iştirakçısı bəlli olacaq
Çempionlar Liqası: Bu gün Liqa mərhələsinin son 4 iştirakçısı bəlli olacaqDünən, 13:00 |
![]() Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq. BrendSport.az xəbər verir ki, bununla da Liqa mərhələsinə son 4 vəsiqənin sahibi bəlli olacaq. Günün ilk matçında "Qarabağ" Bakıda Macarıstanın "Ferensvaroş" kollektivini qəbul edəcək. Türkiyənin "Fənərbağça" klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. İstanbuldakı ilk görüş qolsuz heç-heçə ilə başa çatıb. Bundan başqa, "Brügge" Belçikada Şotlandiyanın "Reyncers", "Kopenhagen" isə Danimarkada İsveçrə "Bazel"ini sınağa çəkəcək. İlk oyun günündə Qazaxıstanın "Kayrat", Norveçin "Budyo/Qlimt" və Kiprin "Pafos" klubları turnirin Liqa mərhələsinə vəsiqə qazanıb. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab görüşləri 27 avqust 20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) İlk oyun - 3:1 23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) İlk oyun - 0:0 23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) İlk oyun - 1:1 23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) İlk oyun - 3:1 Geri qayıt |