Əsas Səhifə > Maraq > "Qarabağ" "Ferensvaroş"a qarşı: Azərbaycan təmsilçisi 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsində çıxış edə bilər
"Qarabağ" "Ferensvaroş"a qarşı: Azərbaycan təmsilçisi 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsində çıxış edə bilərDünən, 11:26 |
![]() "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirəcək. BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu Macarıstanın "Ferensvaroş" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç saat 20:45-də başlayacaq. Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edəcək. Komandalar arasında avqustun 19-da Budapeştdə keçirilmiş ilk matçda "Qarabağ" qələbə qazanıb - 3:1. Cütün qalibi Çempionlar Liqasının, məğlubu isə Avropa Liqasının Liqa mərhələsinə vəsiqə əldə edəcək. Qeyd edək ki, "Qarabağ" 2017/2018-ci illər mövsümündə də Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparıb. Geri qayıt |