Əsas Səhifə > Maraq > Rəşidə Rəşidovanın 7 yaşlı tələbəsi idman karatesi üzrə turnirin qalibi olub

Rəşidə Rəşidovanın 7 yaşlı tələbəsi idman karatesi üzrə turnirin qalibi olub


25-08-2025, 10:55


“SPORT MASTER İdman Klubu”nun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında idman karatesi üzrə turnir keçirilib.

BrendSport.az
xəbər verir ki, yarışda Azərbaycan Respublikasının Əməkdar məşqçisi, beynəlxalq dərəcəli 3 Dan qara kəmər ustası Rəşidə Rəşidovanın tələbəsi Banu Cumayeva da iştirak edib.

7 yaşlı idmançı 25 kiloqram çəki dərəcəsində yüksək nəticə göstərərək qalib adını qazanıb.

Turnirdə ümumilikdə 100 karateçi gücünü sınayıb.




Geri qayıt