Əsas Səhifə > Maraq > "Neftçi" FIBA Avropa Kubokuna Rumıniyada hazırlaşacaq
"Neftçi" FIBA Avropa Kubokuna Rumıniyada hazırlaşacaq22-08-2025, 13:09 |
![]() "Neftçi" basketbol klubu FIBA Avropa Kubokuna Rumıniyada hazırlaşacaq. BrendSport.az xəbər verir ki, "ağ-qaralar" bu məqsədlə sentyabrın 4-də adıçəkilən ölkəyə yollanacaq. Paytaxt təmsilçisi 2 həftəlik hazırlıq müddətində 6 yoxlama oyunu keçirməyi planlaşdırıb. Ardınca Bakıya qayıdacaq "flaqman" Azərbaycan çempionatının oyunlarına hazırlaşacaq. Qeyd edək ki, “Neftçi” Avropa Kubokunun I qrupunda “Kalev/Kramo” (Estoniya), “Bursaspor” (Türkiyə) və “Trefl” (Polşa) klubları ilə mübarizə aparacaq. Geri qayıt |