Əsas Səhifə > Maraq > Azərbaycanın futzal hakimi Çempionlar Liqasına təyinat alıb
Azərbaycanın futzal hakimi Çempionlar Liqasına təyinat alıb22-08-2025, 12:29 |
![]() Azərbaycanın futzal üzrə FIFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb. BrendSport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunda Bolqarıstanda təşkil olunacaq oyunlarda ədaləti qoruyacaq. Referi avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək. Ə. Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” - “Viten Orşa” görüşünə 1-ci hakim kimi təyinat alıb. Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb. Geri qayıt |