Əsas Səhifə > Maraq > Həbib Nurməhəmmədov UFC-yə qayıtmaqdan imtina edib
Həbib Nurməhəmmədov UFC-yə qayıtmaqdan imtina edib21-08-2025, 13:30 |
![]() Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov UFC-yə qayıtmayacaq. BrendSport.az xəbər verir ki, bu barədə amerikalı əfsanəvi döyüşçü Daniel Kormye mətbuata müsahibəsində bildirib. "Həbib mənə dedi ki, yenidən UFC-də döyüşmək üçün 40 milyon dollarlıq təklif alıb, amma razılaşmayıb. Əgər ona 40 milyon dollar təklif olunubsa və bu pulu qəbul etməyibsə, deməli, heç vaxt UFC-yə qayıtmayacaq", - deyə Kormye vurğulayıb. Qeyd edək ki, Həbib Nurməhəmmədov keçirdiyi 29 MMA döyüşünün hamısında qalib gəlib. O, 2021-ci ildə peşəkar karyerasını bitirib. Geri qayıt |