Əsas Səhifə > Maraq > UEFA reytinqi: Azərbaycan "Qarabağ"ın qələbəsi sayəsində Ukraynaya yaxınlaşıb
UEFA reytinqi: Azərbaycan "Qarabağ"ın qələbəsi sayəsində Ukraynaya yaxınlaşıb20-08-2025, 09:00 |
![]() Azərbaycan UEFA reytinqində Ukraynaya yaxınlaşıb. BrendSport.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda "Ferentsvaroş"a qalib gəlməsi sayəsində mümkün olub. "Köhlən atlar" ölkənin aktivinə daha 0,250 əmsal yazdırıb. Azərbaycan (19.500) 28-ci, Ukrayna (19,725) 27-ci pillədə qərarlaşıb. Bolqarıstan (18.375) 29-cu sıradadır. Ukrayna və Bolqarıstanın avrokuboklarda üç, Azərbaycanın isə bir təmsilçisi qalıb. Qeyd edək ki, "Qarabağ" səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə üstələyib. UEFA reytinqinə 94.839 əmsalla İngiltərə başçılıq edir. Geri qayıt |