Əsas Səhifə > Maraq > Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının A divizionunun oyununa təyinat alıb

Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının A divizionunun oyununa təyinat alıb


20-08-2025, 12:16


Azərbaycanın beynəlxalq dərəcəli hakimi Ruslan Xalıqov karyerasında ilk dəfə 16 yaşadək qızlar arasında keçirilən Avropa çempionatının A divizionunun 1/4 final mərhələsinin oyununa təyinat alıb.

BrendSport.az
xəbər verir ki, ədalət təmsilçisi bu gün Rumıniyanın Piteşti şəhərində keçiriləcək İspaniya – Fransa matçını idarə edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Geri qayıt