Əsas Səhifə > Maraq > Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş" səfərində inamlı qələbə qazanıb
Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş" səfərində inamlı qələbə qazanıb20-08-2025, 01:00 |
![]() "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib. BrendSport.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb. İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər. 67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə rəqib qapısına yol tapan Musa Qurbanlı isə yekun hesabı müəyyənləşdirib. Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq. Geri qayıt |