Əsas Səhifə > Maraq > Macarıstan millisinin sabiq futbolçusu: “Qarabağ”ın əsas silahı Qurban Qurbanovdur

Macarıstan millisinin sabiq futbolçusu: “Qarabağ”ın əsas silahı Qurban Qurbanovdur


19-08-2025, 14:25


“Ferenvasoş” ilə “Qarabağ” indiyədək oxşar nəticələr əldə ediblər.

BrendSport.az
xəbər verir ki, bu sözləri Macarıstanın millisinin və “Ferensvaroş” komandasının sabiq futbolçusu Yanoş Xrutka Budapeşt təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəyi oyunlar barədə danışarkən deyib.

Veteran yarımmüdafiəçi matçın taleyini xırda detalların həll edə biləcəyini söyləyib: “Qarabağ”ın əsas silahı 2008-ci ildən komandaya rəhbərlik edən baş məşqçisi Qurban Qurbanovdur. Onun beynəlxalq arenada yaxşı təcrübəsi var”.

Qeyd edək ki, bu gün keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.
Geri qayıt