Əsas Səhifə > Maraq > Çempionlar Liqasının qalibi ardıcıl yeddinci il UEFA Superkubokunu qazanır
Çempionlar Liqasının qalibi ardıcıl yeddinci il UEFA Superkubokunu qazanır14-08-2025, 10:44 |
![]() Çempionlar Liqasının qalibi olmuş komanda ardıcıl yeddinci il UEFA Superkubokunu qazanıb. BrendSport.az xəbər verir ki, bu, son olaraq 2018-ci ildə gerçəkləşməyib. Həmin vaxt İspaniyanın "Atletiko" kollektivi Avropa Liqasından sonra Superkuboka da sahib çıxıb. Daha sonra "Liverpul" (İngiltərə), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Real" (İspaniya, iki dəfə), "Mançester Siti" və PSJ (Fransa) Çempionlar Liqasının ardınca UEFA Superkubokunda da sevinən tərəf olublar. Qeyd edək ki, PSJ ötən gün həlledici matçda İngiltərə təmsilçisi "Tottenhem"i əsas vaxtı heç-heçə (2:2) başa çatan qarşılaşmanın penaltilər seriyasında üstələyib - 3:2. Geri qayıt |