Əsas Səhifə > Maraq > Çempionlar Liqası: "Qarabağ"ın pley-off oyunlarının başlama saatı bəlli olub
Çempionlar Liqası: "Qarabağ"ın pley-off oyunlarının başlama saatı bəlli olub13-08-2025, 09:00 |
![]() "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının başlama saatı bəlli olub. BrendSport.az xəbər verir ki, Azərbaycan çempionunun avqustun 19-da səfərdə Macarıstan təmsilçisi "Ferentsvaroş"a qarşı keçirəcəyi ilk matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma isə saat 20:45-də başlayacaq. Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya", "Ferentsvaroş" isə Bolqarıstanın "Ludoqorets" kollektivini mübarizədən kənarlaşdırıb. Geri qayıt |