Əsas Səhifə > Maraq > Çempionlar Liqası: "Araz-Naxçıvan"ın iki oyununa təyinatlar açıqlanıb
Çempionlar Liqası: "Araz-Naxçıvan"ın iki oyununa təyinatlar açıqlanıb13-08-2025, 10:22 |
![]() “Araz-Naxçıvan”ın futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində keçirəcəyi ilk iki oyunu üçün təyinatlar bəlli olub. BrendSport.az xəbər verir ki, F qrupunun matçları Avstriyada keçiriləcək və yalnız qrup lideri əsas mərhələyə vəsiqə qazanacaq. 27 avqust 19:00. "Araz-Naxçıvan" – Sparta Belfast" (Şimali İrlandiya) Hakimlər: Qonsalo Felipe Santos Duarte (Portuqaliya), Orest Dutsyak (Ukrayna), Vladimir Sebek (Monteneqro). Hakim-inspektor: Talal Daravşi (İsrail). Time kepeer: Njeqoş Vuçanoviç (Avstriya). Linz, NMS İdman Sarayı 28 avqust 19:00. "PYF Saltires" (Şotlandiya) – "Araz-Naxçıvan" Hakimlər: Vladimir Sebek, Qonsalo Felipe Santos Duarte, Aleksandar Vangelov (Bolqarıstan). Hakim-inspektor: Talal Daravşi. Time kepeer: Njeqoş Vuçanoviç. Linz, NMS İdman Sarayı 30 avqust 21:30. "Ljuti Krajişniçi" (Avstriya) – "Araz-Naxçıvan" Linz. NMS İdman Sarayı. Geri qayıt |