Əsas Səhifə > Maraq > “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri də məlum olub
“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri də məlum olub4-08-2025, 15:30 |
![]() UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. BrendSport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın da potensial rəqibləri bəlli olub. Ağdam təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandıracağı halda, Avropa Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün məğlubu ilə qarşılaşacaq. Məlumat üçün bildirək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində isə bu cütün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, Avropa Liqasında pley-off matçları avqustun 21-də və 28-də keçiriləcək. Geri qayıt |