Əsas Səhifə > Maraq > “Qarabağ”ın pley-off mərhələsindəki potensialı rəqibləri müəyyənləşir
“Qarabağ”ın pley-off mərhələsindəki potensialı rəqibləri müəyyənləşir4-08-2025, 10:50 |
![]() Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq. BrendSport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Püşkatma mərasimində “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq. Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisi III raundda Şimali Makedoniyanın “Şkendiya” klubunu məğlub edəcəyi təqdirdə, pley-off mərhələsində aşağıdakı komandalardan biri ilə oynayacaq: “Bude-Qlimt” (Norveç) “Seltik” (Şotlandiya) “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) cütünün qalibi “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandıracağı halda isə Avropa Liqasının pley-off mərhələsində bu komandalardan birinə rəqib olacaq: “Hamrun Spartans” (Malta) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi “Yanq Boyz” (İsveçrə) “Ludoqorets” – “Ferensvaroş” cütünün məğlubu “Malmö” – “Kopenhagen” cütünün məğlubu Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab matçları isə 26-27-də keçiriləcək. Avropa Liqasında isə pley-off matçları avqustun 21-də və 28-də keçiriləcək. Geri qayıt |