Əsas Səhifə > Maraq > “Qarabağ” azarkeşlərinə “Şkendiya” ilə oyun üçün 1000 bilet ayrılıb
“Qarabağ” azarkeşlərinə “Şkendiya” ilə oyun üçün 1000 bilet ayrılıbDünən, 18:29 |
![]() UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” ilə qarşılaşacaq “Qarabağ”ın səfər oyununu izləmək istəyən azarkeşlər üçün ayrılmış bilet sayı bəlli olub. BrendSport.az xəbər verir ki, avqustun 5-də "National Arena Todor Proeski" stadionunda baş tutacaq qarşılaşma üçün Ağdam klubunun fanatlarına 1000 bilet ayrılıb. Biletlər bu gün yerli vaxtla saat 17:00-dan etibarən satışda olacaq. Biletin qiyməti 5 avrodur. Qeyd edək ki, “Şkendiya” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Geri qayıt |