Əsas Səhifə > Maraq > Konfrans Liqası: "Sabah" III təsnifat mərhələsinə yüksəlib
Konfrans Liqası: "Sabah" III təsnifat mərhələsinə yüksəlib31-07-2025, 22:00 |
![]() UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah”la Moldovanın "Petrokub" komandası arasında keçirilən cavab oyunu başa çatıb. BrendSport.az xəbər verir ki, “Bank Respublika Arena”da təşkil edilən görüş təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində qolları Coy Lens Mikels ( 3 qol) və Pavol Şafranko vurublar. İlk oyunda da "Petrokub"u 2:0 hesabı ilə üstələyən Azərbaycan Kubokunun son qalibi adını III təsnifat mərhələsinə yazdırıb. Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edib. Qeyd edək ki, "Sabah" növbəti raundda “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq. Geri qayıt |