Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Qarabağ”ın III təsnifat mərhələsindəki oyunlarının hakimləri açıqlanıb
Çempionlar Liqası: “Qarabağ”ın III təsnifat mərhələsindəki oyunlarının hakimləri açıqlanıb31-07-2025, 15:00 |
![]() “Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə keçirəcəyi hər iki oyuna hakim təyinatları açıqlanıb. BrendSport.az xəbər verir ki, UEFA Skopyedəki ilk görüşü Slovakiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Niderlanddan olan hakimlər briqadasına həvalə edib: 5 avqust 22:00.“Şkendiya” – “Qarabağ” Baş hakim: İvan Kruzliak Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor Dördüncü hakim: Peter Kraloviç VAR: Mixal Oçenaş AVAR: Boris Marhefka Skopye, “Todor Proeski” stadionu 12 avqust 20:00.“Qarabağ” – “Şkendiya” Baş hakim: Denni Makkeli Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries Dördüncü hakim: Mark Naqteqaal VAR: Dennis Hiqler AVAR: Riçard Martens Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu. Geri qayıt |