Əsas Səhifə > Maraq > “Neftçi”nin Polşadakı sonuncu oyununun vaxtı müəyyənləşib
“Neftçi”nin Polşadakı sonuncu oyununun vaxtı müəyyənləşib31-07-2025, 18:14 |
![]() “Neftçi” avqustun 1-də Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək. BrendSport.az xəbər verir ki, “ağ-qaralar” Kiprin AEL komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 18:00-da start götürəcək matç Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq. Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu. Geri qayıt |