Əsas Səhifə > Maraq > Avropa birinciliyi: Azərbaycanın 13 boksçusu finalda mübarizə aparacaq, 9-u bürünc medal qazanıb

Avropa birinciliyi: Azərbaycanın 13 boksçusu finalda mübarizə aparacaq, 9-u bürünc medal qazanıb


Dünən, 15:00


Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsi başa çatıb.

BrendSport.az
xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 22 boksçusu mübarizə aparıb.

Onlardan 13-ü həlledici görüşdə iştirak hüququ qazanıb. Boksçularımızdan Nəsrin Abdullazadə (38 kiloqram), Tunca Mürşüdova (42 kiloqram), Fatimə Məmmədli (44 kiloqram), Kəmalə Həsənova (54 kiloqram), Babək Abdullayev (40 kiloqram), Məhəmməd Kazımzadə (42 kiloqram), Nuran Yusibli (46 kiloqram), Abbasəli Məmmədli (48 kiloqram), Elcan Musazadə (50 kiloqram), Sabir Rüstəmov (57 kiloqram), Nurlan Müseyibli (66 kiloqram), Zirəddin Rüstəmli (70 kiloqram) və Yusif Ağakişiyev (75 kiloqram) qızıl medal uğrunda rinqə çıxacaq.

Yarımfinalda məğlub olan Aysan Miriyeva (46 kiloqram), Emiliya Beydullayeva (57 kiloqram), Xumar Cəfərli (70 kiloqram), Sahib Baxışlı (44 kiloqram), Məhəmməd Əli (52 kiloqram), Fərhad Quliyev (54 kiloqram), Amid Ələkbərov (60 kiloqram), Mehran Rəsulov (80 kiloqram) və Ərdəm Təkin (90 kiloqram) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, Avropa birinciliyinə iyulun 27-də yekun vurulacaq.
Geri qayıt