Əsas Səhifə > Maraq > "Əl-Hilal" İsaka həftəlik 600 min funt verməyə hazırdır
"Əl-Hilal" İsaka həftəlik 600 min funt verməyə hazırdırDünən, 13:00 |
![]() Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu "Nyukasl"ın forvardı Aleksander İsaka həftəlik 600 min funt sterlinq təklif edib. BrendSport.az xəbər verir ki, bu barədə "Guardian" nəşri yazır. Bundan əvvəl mətbuat yazırdı ki, 25 yaşlı hücumçu "Nyukasl"ın rəhbərliyinə karyerasını başqa klubda davam etdirmək variantlarını nəzərdən keçirmək istədiyini bildirib. "Liverpul" Huqo Ekitikenin transfer edilməsinə baxmayaraq, isveçli forvarda da maraq göstərir. İngiltərə mətbuatının iddialarına inansaq, futbolçunun özü də Mersisayd klubuna keçməyə hazırdır. "Guardian" isə iddia edir ki, "Əl-Hilal" hücumçuya həftəlik 600 000 funt məbləğində müqavilə təklif edib. Üstəlik, bu məbləğdən vergi tutulmayacaq. Bununla yanaşı, əlavə sərfəli bonuslar da nəzərdə tutulur. Tabloid əlavə edir ki, "Liverpul" Səudiyyə klubunun təklif etdiyi şərtlərə bənzərini təklif etmək iqtidarında deyil. "Nyukasl"da futbolçu vergi ödənişləri və ən azı 47% təşkil edən sığorta haqları çıxıldıqdan sonra həftəyə 120 min funt sterlinq qazanır. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, 1 funt sterlinq 2.2937 manat təşkil edir. Geri qayıt |