Əsas Səhifə > Maraq > "Araz-Naxçıvan"la "Sabah" UEFA Konfrans Liqasında ilk matça çıxacaq
"Araz-Naxçıvan"la "Sabah" UEFA Konfrans Liqasında ilk matça çıxacaq24-07-2025, 11:33 |
![]() Azərbaycanın iki klubu - "Sabah" və "Araz-Naxçıvan" ilk bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq. BrendSport.az xəbər verir ki, "Araz-Naxçıvan" Bakıda Yunanıstan təmsilçisi "Aris"lə üz-üzə gələcək. "Dalğa Arena"da baş tutacaq və rumıniyalı FIFA referisi Andrey Kivuletenin idarə edəcəyi qarşılaşma saat 20:00-da start götürəcək. "Sabah" isə səfərdə Moldova təmsilçisi "Petrokub"un qonağı olacaq. Qarşılaşma Kişineudakı "Zimbru" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü israilli referi Qal Leyboviç idarə edəcək. UEFA Konfrans Liqası II təsnifat mərhələsi, ilk oyun 24 iyul 20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) Baş hakim: Andrey Kivulete (Rumıniya). Bakı, "Dalğa Arena" 21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) Baş hakim: Qal Leyboviç (İsrail). Kişineu, "Zimbru" stadionu Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab görüşləri iyulun 31-də keçiriləcək. Geri qayıt |