Əsas Səhifə > Maraq > Konfrans Liqası: "Zirə" "Hayduk"la oyunda fasiləyə üstün yollanıb

Konfrans Liqası: "Zirə" "Hayduk"la oyunda fasiləyə üstün yollanıb


23-07-2025, 20:33


UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən "Zirə"-"Hayduk" (Xorvatiya) oyununda ilk hissə başa çatıb.

BrendSport.az
xəbər verir ki, təmsilçimiz "Neftçi Arena"da təşkil olunan görüşün 31-ci dəqiqəsində Brahim Konatenin vurduğu qolla fasiləyə üstün yollanıb.

"Zirə"nin heyətində 39-cu dəqiqədə məcburi əvəzetmə olub. Belə ki, zədə alan Brahim Konate yerini Ceyhun Nuriyevə buraxıb.

Matçı yunanıstanlı hakim Xristos Vergetis idarə edir.
Geri qayıt