Əsas Səhifə > Maraq > "Neftçi" bu gün növbəti matçını keçirəcək
"Neftçi" bu gün növbəti matçını keçirəcək22-07-2025, 09:40 |
![]() Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirəcək. BrendSport.az xəbər verir ki, Bakı klubu yerli "Termalika" komandası ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 13:30-da “Sportovi novini” stadionunda başlayacaq. Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə "Hapoel" (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb - 1:1. Qeyd edək ki, "Neftçi" növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək. Geri qayıt |