Əsas Səhifə > Maraq > "Braqa" PSJ-nin oyunçusunu icarələyib

"Braqa" PSJ-nin oyunçusunu icarələyib


20-07-2025, 11:55


Fransa təmsilçisi PSJ yarımmüdafiəçisi Qabriel Moskardonu icarə əsasında Portuqaliyanın "Braqa" klubuna göndərib.

BrendSport.az
xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu 2025/2026 mövsümünü "Braqa"nın heyətində keçirəcək.

Qeyd edək ki, Moskardo PSJ-yə 2024-cü ildə "Korintians"dan (Braziliya) keçib. Həmin vaxtdan oyunçu parislilərin heyətində debüt etməyib və icarə əsasında Fransanın "Reyms" klubunda çıxış edib.
Geri qayıt